27/02/2017 20:12

Fransada çoxfunksiyalı rəqəmsal durbin yaradılıb

Fransanın “Safran Electronics & Defense” şirkəti çoxfunksialı JİM durbinini təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, 2016-cı ildə ilk dəfə təqdim olunan JİM-in ötən bir il ərzində üzərində modernləşmə işləri aparılıb.

JİM hədəfin müəyyənləşdirilməsi və döyüş meydanında yüksək keyfiyyətlə müşahidə aparılması üçün lazer məsafəölçən, izləyici, maqnit kompas və GPS sistemlə təchiz edilib.

JİM-in rəqəmsal infraqımızı texniki imkanları da var. Bundan başqa durbinin vasitəsilə videoçəkiliş aparılması da mümkündür.

O, həm də distant idarə edilə bilinir.