29/03/2016 09:51

Fransada fərqli komponentlərə malik PUA yaradılıb – FOTO

Fransanın “Onera” Aerokosmik Tədqiqatlar Mərkəzi yeni və daha mükəməl uçuş imkanlarına malik hibrid dronun yaradılması işlərinə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Mərkəzin açıqlamasında bildirilib ki, hibrid pilotsuz uçuş aparatı (PUA) verikal uçmaq və fərqli enmə komponentlərinə malikdir.

“Pterosaur” adlandırılan bu PUA geniş uçuş və sürətə sahib olub, 20 uçuş pəri ilə təchiz edilib.

Hazırda adıçəkilən PUA-nın sınaqları keçirilir. Mühəndislər PUA-nın gücünü bir daha yoxlamaq qərarına gəliblər.

Layihə haqda dəqiq bilgilər isə hələ gizli saxlanılır.

pterosuar_001.t