02/02/2018 16:53

Fransada iki hərbi helikopter toqquşub

Fransada iki hərbi helikopter qəzaya uğrayıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, hadisə Fransanın cənubunda Kars gölü yaxınlığında baş verir.

Hərbi helikopterlərin təlim uçuşu zamanı toqquşduğu deyilir. Helikopterlərdə ikisi hərbiçi olmaqla, beş nəfər ölüb. Hazırda helikopterlərin toqquşduğu qəza yerində Fransa HHQ-nin nümayəndələri və xilasedicilər araşdırma işlərini davam etdirirlər.

Qeyd edək ki, qəzaya düşən “Gazelle” helikopterləri 40 ildir ki, Fransa Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alır.

İki nəfərlik heyəti olan bu helikopterlərin maksimal sürəti 310 km/saatdır. 5 km yüksəkliyə qalxa bilir. “Gazelle” helikopterləri İraq Əfqanıstan, Livan, Suriya və sair ölkələrdə müxtəlif əməliyyatlara cəlb edilib.