29/06/2013 09:46

Fransız firması Azərbaycana zirehli maşın satmaq istəyir – EKSKLÜZİV

Fransanın Renault Trucks Defense şirkəti özünün “Sherpa Light Scout” zirehli avtomobilini Azərbaycanın hərbi qurumlarına təklif edib. Bu barədə “AzeriDefence.com” saytına hərbi mənbələrdən məlumat verilib.

Firma aprel ayında Azərbaycan hərbi qurumları ilə görüşdə adıçəkilən nəqliyyat vasitəsi də daxil olmaqla, bir neçə fərqli modelin təqdimatını keçirib. Azərbaycan tərəfi Renalut Trucks Defense şirkəti ilə əməkdaşlığa müsbət yanaşdığını açıqlayıb.

Azərbaycan tərəfinin müvafiq qərarından sonra adıçəkilən hərbi avtomobilin ölkəyə gətirilərək testlərinə başlanacaq.

Qeyd edək ki, son zamanlar bir sıra fransız hərbi firmaları Azərbaycanla əməkdaşlığa hazır olduqlarını, öz məhsullarını Azərbaycanın hərbi qurumları və güc strukturlarına satmaq niyyətində olduqlarını açıqlayıblar. Onların arasında Renault, EADS Cassidian, THALES kimi məşhur firmalar yer alır.