15/05/2017 11:36

Fransızların “Armata”ya cavabı: “Leclerc”ə 140 mm-lik top

Fransanın “Nexter Systems” şirkəti AMX-56 “Leclerc” tankı üçün yeni top hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, “ftr.wot-news” bloqu yeni topa sahib qüllə ilə təchiz edilmiş “Leclerc” tankının şəkillərini dərc edib.

Yenilənmiş variantda tankın topunun lüləsinin uzunluğu artıb, qüllənin ölçüləri dəyişib.

Modifikasiya edilən yeni döyüş texnikası “Terminator” adını alıb. Hazırlanan variantda tankın çəkisi 60 ton təşkil edir. Döyüş komplekti 31 mərmidir.

Qeyd edək ki, “Armata”ya cavab olaraq 2016-ci ilin yayında Almaniyanın “Rheinmetall Weapon and Munition” şirkəti “Leopard” tankı üçün 130 mm top hazırladığını elan edib.