04/11/2017 22:03

Füzulidə tank əleyhinə TM-62M minası aşkar edilib

Noyabrın 4-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Şükürbəyli kəndi ərazisində 1 əkin sahəsinə baxış keçirilib. Əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.