16/06/2017 16:18

Gəncədə FAB-50 aviabomba aşkar edildi

İyunun 16-da Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 8-ci küçədə partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən daxil olan məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Məhsəti qəsəbəsi, 8-ci küçəyə baxış keçirilib. Əməliyyat nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 200 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.