16/02/2017 13:26

General Dadaş Rzayev medalla təltif olunub

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin (QMVƏŞAİB) “Vətən Naminə” medalı ilə təltif olunub.

“AzeriDefence”nin məlumatına görə, medalı D. Rzayevə QMVƏŞAİB sədri Mehdi Mehdiyev təqdim edib.

Təqdimat tədbirində həmçinin hərbiyönümlü QHT-lar tərəfindən 2017-ci ildə görüləcək işlər müzakirə edilib.