25/06/2019 12:14

General Fuad Məmmədovun rəhbərlik elədiyi nümayəndə heyəti “Army-2019“ forumuna qatılıb

Azərbaycan Müdafiə nazirirnin müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik elədiyi nümayəndə heyəti “Army-2019“ Beynəlxalq Hərbi-Texniki Forumuna qatılıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə iştirak edən şirkətlərin stendlərində ziyarət edərək yeni məhsullarla tanış olub və görüşlər keçiribdir.

Daha sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavlionunda Rusiya nümayəndə heyəti ilə Fuad Məmmədovun rəhbərlik elədiyi nümayəndə heyəti arasında görüş keçirilib.