21/02/2014 14:52

General-leytenant Çingiz Məmmədov Qazaxıstan müdafiə nazirinin müavinini qəbul edib

Fevralın 20-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədov Bakıda səfərdə olan Qazaxıstan müdafiə nazirinin müavini Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.