27/09/2017 10:59

General-leytenant Kərim Kərimovun adı Bakıda orta məktəbə verildi

Nazirlər Kabineti Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adının verilməsi barədə qərar qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, baş nazir Artur Rasi-Zadənin imzaladığı qərar bu gün “Xalq qəzeti”ndə dərc olunub.

Qərarda qeyd olunub ki, Bakı şəhəri 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Abbasəli oğlu Kərimovun adı verilsin və Bakı Şəhər İcra Hakimiyyəti ilə Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Sözügedən qərarla “Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 20 iyun tarixli 539 nömrəli qərarı ləğv edilib və məktəbdən Loginovun adı götürülüb.