22/11/2017 17:54

General Məhəmməd Abbasquliyevin xatirəsi yad edildi – FOTO

Noyabrın 22-də Azərbaycan Dovlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin vəfatının ildönümü ilə əlaqədar onun xatirəsini ehtiramla yad edib.

Bu barədə “AzeriDefence” DSX-nin mətbuat mərkəzinə istinadən məlumat verib.

Mərhumu yad edənlər həyatının çox hissəsini vətənin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrlarının formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirib və onun xatirəsinın daima qəlblərdə yaşayacağını bildiriblər.

General-mayor M.Abbasquliyevin ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəisi adından başsaglığı verilib.