26/11/2019 13:31

General Mehman Baxışov MSN-də vəzifəyə təyin edilib

Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin sabiq rəisi, ehtiyatada olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi Nazirliyində vəzifəyə təyin olunub.

“AzeriDefence”nin məlumatına görə, Mehman Baxışov bu günlərdə Müdafiə Sənayesi naziri Mədət Quliyevin müşaviri təyin edilib.

Qeyd edək ki, general-mayor M. Baxışov oktyabr ayında Azərbaycan Ordusunda hərbi xidmətdən ehtiyata buraxılıb.