24/10/2018 15:46

General-polkovnik Elçin Quliyev Pakistan Prezidenti ilə görüşüb – FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.

“AzeriDefence”nin məlumatına görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, qarşılıqlı maraq doğuran məsələlər, eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasının Quru Qoşunlarının Komandanı, general Qamar Cavad Bacva, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Zəfər Mahmud Abbasi və Pakistan İslam Respublikasının 11-ci ordu korpusunun komandiri, general-leytenant Nazir Əhməd Batla da görüşlər keçirib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-dən Pakistanda rəsmi səfərdədir.