23/10/2018 18:30

General-polkovnik Elçin Quliyev Pakistanda səfərdədir – FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat verib.

Səfər çərçivəsində bu gün general-polkovnik Elçin Quliyev Pakistan Ordusunun qərargah rəisi general Qamar Cavad Bajva (Qamar Javed Bajwa) ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regionda sülhün təmin edilməsi və təhlükəsizlik mövzuları müzakirə olunub. General-polkovnik Elçin Quliyev Pakistan Ordusunun terrorizmlə mübarizədə peşəkarlığını və nailiyyətlərini yüksək qiymətləndirib.

Səfər zamanı Dövlət Sərhəd Xidmətinin rəisi “Yadgar-e-Shuhada” (Şəhidlər abidəsi) önünə çələngi qoyub.

Qeyd edək ki, general-polkovnik Elçin Quliyev oktyabrın 22-də Ravalpindi şəhərində Pakistan Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Zubeyir Mahmud Həyat (Zubair Mahmood Hayat) ilə görüşüb.