18/04/2017 18:28

Genişmiqyaslı hərbi təlimlər davam edir – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrində genişmiqyaslı hərbi təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.