12/03/2018 15:18

Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir – VİDEO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

Qeyd edək ki, təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.