21/05/2018 20:11

Gizir hazırlığı kursunun növbəti məzunlarına hərbi rütbələr verilib

Mayın 21-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edənlər məzunlara doğma Vətənin müdafiəsində bundan sonra da ayıq-sayıq dayanmağı, verilən tapşırıqları peşəkar hərbçi kimi yerinə yetirməyi arzulayıb və hərbi qulluqçulara xidmətlərində uğurlar diləyiblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və “gizir” hərbi rütbəsi təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.