17/04/2013 02:09

Gələn ilin sentyabrında Bakıda ADEX-2014 beynəlxalq müdafiə sərgisi keçiriləcək

2014-cü ilin sentyabrında Bakı şəhərində ADEX-2014 adlı Beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi planlaşdırılır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ilin birinci rübünün yekunlarına dair müşavirəsində müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazir qeyd edib ki, hazırda bu istiqamətdə təşkilati işlərlə yanaşı, dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.