30/08/2017 11:10

“Glock” beşinci nəsil tapançaların istehsalına başlayıb

“Glock” şirkəti “Glok 17” tapançasının yeni modifikasiyasının və “Glock 19” un qısaldılmış versiyasının istehsalına başladığını elan edib.

Bu barədə “AzeriDefence” “guns.com” portalına istinadən məlumat verib.

“Glock” tapançalarının beşinci nəsi (Gen 5) sayılan “Glock 17” və “Glock 19” demək olar ki, zahirən öz sələflərindən fərqlənmir. Silahın yalnız daxili detalları dəyişikliklərə məruz qalıb. “Glock” şirkətinin vitse-prezidenti Coş Dorsinin (Josh Dorsey) sözlərinə görə, tapançanın konstruksiyası əvvəlki kimi qalıb. Amma silah “yeni standartlar nəzərə alınaraq” yaradılmış yenilənmiş detallara sahib olub.

“Glock 17” və “Glock 19” Gen 5 kanalların doğranmasının yeni texnologiyasına shaib yenilənmiş lüləyə sahib olub. Tapançanın buraxıcı mexanizmi (hansı ki, indi sıxma prinsipi üzrə işləyir) də dəyişikliklərə məruz qalıb. Bundan başqa, tapançalar dəyişdirilmiş – qayıdan yaya və şəkli dəyişmiş qoruyucuya malikdir.

“Glock” şirkətində bildirilir ki, yeni tapançalar sələfləri ilə müqayisədə daha çox etibarlı oldu. Tapançaların lüləsinin atış ömrü 30000 patron təşkil edir.

C.Dorsi bildirib ki, 2016-cı ilin avqustunda “Glock” şirkəti güc strukturları üçün nəzərdə tutulmuş “Glock 17M” və “Glock 19M” tapançalarını buraxdı. Bu silahlar beşinci nəsil “Glock” tapançalarının birinci nümunələri olub.