05/10/2018 10:46

“Glock” şirkəti yeni tapança modelini təqdim edir

“Glock” şirkəti yeni nəsil “Glok 45” tapança modelini oktyabrın 5-də istifadəçilərə təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, zahirən “Glock 19X” modelinə bənzəyən “Glock 45” yığcam gövdəsi, lüləsi və dəstəyi ilə beşinci nəsil “Glock” tapançalarının bütün üstünlüklərini özündə birləşdirir. İstehsalçı şirkətin yaydığı məlumatda qeyd olunub ki, silahın hazırlanmasında “Glock 19X” hərbi tapançalarından istifadə olunub. Silah güc strukturlarının bütün tələb və normalarına cavab verir.

“Glock 45” tapançasının uzunluğu 189 mm, lüəsinin uzunluğu 102 mm, çəkisi 616 qramdır (tam dolu daraqla 860 qram).

“Glock 45” tapançası 17 patron tutumlu (9x19mm) daraqlardan istifadə edir.

Qeyd edək ki, “Glock” şirkətinin Azərbaycanda rəsmi distrübütoru “Palladium Defense and Security Solutions” şirkətidir.