17/06/2017 13:52

“Gripen” döyüş təyyarəsinin yeni prototipinin sınaqları başlayıb

İsveçin “Saab” şirkətinin istehsalı olan “Gripen” döyüş təyyarəsinin “Gripen E” prototipinin sınaqları başlayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“Gripen E” prototipinin ilk uçuşu 40 dəqiqə davam edib. Uçuş müddətində təyyarənin enmə və qalxma sistemləri daxil olmaqla, bir sıra avadanlıqları test edilib.

“Gripen E” gediş ehtiyatına, davamlılıq qabiliyətinə və müasir avionikasına görə analoqlarından fərqlənir.

“Gripen E” “hava-hava” sinifli “Meteor”, AMRAAM, IRIS-T və AIM-9 aviasiya raketləri ilə silahladırılır.

İsveç Hərbi Hava Qüvvələrinin “Northrop F-5E/F Tiger” döyüş təyyarələrini əvəz edəcək “Gripen E”lər 2018-ci ildən istismara veriləcək.