27/01/2012 19:02

Gürcü Çevik Reaksiya Taboru “Yüksək Dağlarda Eksperimental Atəş Kursu”nu başa vurub

Gürcüstan Silahlı Qüvvələrinin Çevik Reaksiya Taboru ilk dəfə “Yüksək Dağlarda Eksperimental Atəş Kursu”nu başa vurub. “AzeriDefence” saytının Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, “Saçxere” Təlim Mərkəzində yanvarın 9-da başlamış kursda məqsəd yüksək dağlıq ərazidə çətin iqlim şəraitində xidmət silahlarından atəş açma qabiliyyətinin təkmilləşdirilməsi olub.

Kurs çərçivəsində hərbçilər M-4 karabinindən (100-200-300 metr məsafəyə),“Negevi” pulemyotundan (500 metr) və “McMillan” snayper tüfəngindən (500-1300 metr məsafəyə) atəş açıblar.

Döyüş atışları 2200-3200 metr yüksəkliklərdə həyata keçirilib. Təlimin yekununda hərbçilər dəniz səviyyəsindən 3365 metr hündürlükdə olan “Abuli” yüksəkliyinə Gürcüstanın dövlət bayrağını qaldırıblar.