25/08/2016 23:17

Gürcülərin “Didgori” hərbi sanitar maşını özünü doğrultmadı – FOTO-VİDEO

Səudiyyə Ərəbistanının Gürcüstandan aldığı “Didgori” AMEV (Armored Medical Evacuation Vehicle) hərbi sanitar maşını Yəmənin Nəcrana bölgəsində Səudiyyə hərbçiləri ilə husilər arasında baş verən döyüşlərdə maşının beynəlxalq imicinə xələl gətirən ciddi problemlə üzləşib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, husilərin Səudiyyə hərbçilərinin postuna hücumu zamanı bir neçə hərbi maşın məhv edilib.

Yayılan videoda Səudiyyə Ərəbistanının 2016-cı ilin əvvəlində Gürcüstanın STC “Delta” şirkətindən satın aldığı “Didgori” AMEV sanitar maşınının ərazidə qəfildən sıradan çıxması əksini tapıb. Hərəkət zamanı “Didgori” zirehli avtomobilinin ön oxu qəfildən qırılıb və maşın hərəkət imkanından məhrum olub. Nəticədə arxadan sürətlə gələn LAV markalı zirehli maşın “Didgori” AMEV ilə toqquşub.

Analizlər “Didgori” AMEV-in bu tip ekstremal situasiyalara hazır olmadığını göstərir. Maşının texniki imkanları ilə bağlı suallar meydana çıxarır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Gürcüstanın STC “Delta” şirkəti arasında imzalanmış müqavilədə 100 ədəd “Didgori” maşınının AMEV konfiqurasiyasının çatdırılması nəzərdə tutulur.

Didgori AMEV feyk (2)

Didgori AMEV feyk (3)

didgori AMEV