06/04/2019 12:26

Gürcüstan ABŞ-dan “Javelin” komplekslərinin son partiyasını alıb

Gürcüstan ABŞ-a sifariş verdiyi “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin son partiyasını təhvil alıb.

“AzeriDefence” xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria deyib.

Xatırladaq ki, 2017-ci ilin noyabr 17-də ABŞ Dövlət Departamenti Gürcüstana FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Müqaviləyə əsasən ABŞ-ın Gürcüstan Ordusuna 75 milyon dollar dəyərində 410 ədəd “Javelin” raketi, 72 ədəd buraxıcı qurğu, habelə ehtiyat hissələr, 70 simulyator tədarük edəcəyi nəzərdə tutulurdu.

“Javelin” raket kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.