24/05/2012 09:42

Gürcüstan “Didgori 3”ü də yaratdı – FOTO

Mayın 26-da Tiflisdə keçiriləcək hərbi paradda Gürcüstan hərbi sənaye kompleksinin istehsalı olan 6×6 təkər formuluna malik “Didgori 3” hərbi nəqliyyat vasitəsi nümayiş etdiriləcək.Bu barədə “AzeriDefence” Gürcüstanın armada.ge saytına istinadən məlumat verib.

Yeni nəqliyyat vasitəsinin ilk görüntüləri mayın 22-də Kutaisi şəhərində keçirilən paradın hazırlıq məşqində çəkilib. “Didgori 3”ün göründüyü qədər digər əvvəlki modifikasiyalarından fərqi onun yük daşımaq üçün nəzərdə tutulmasıdır. “Didgori 3” 40 mm-lik avtomatik qumbaraatanla silahlandırılıb.

Qeyd edək ki, “Didgori 1” və “Didgori 2” maşınları 4×4 təkər formuluna malikdir və minaya qarşı qorumanı təmin edir.

Paradda “Didgori” sinfli nəqliyyat vasitələri ilə yanaşı Gürcüstan istehsalı olan “Lazika” tipli PDM, KRAZ şassisi üzərində yaradılmış 120 mm-lik reaktiv atəş sistemi və s. texnikalar keçid edəcək.