01/10/2018 17:30

Gürcüstan Fransadan aldığı yeni ZRK-ləri nümayiş etdirib – FOTOLAR

Gürcüstan Fransanın “MBDA Systems” şirkətinin istehsalı olan “Mistral ALBİ” daşınan yaxın məsafəli zenit-raket kompleksləri alıb.

“AzeriDefence”nin məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin bazasından yayımladığı videoda qoşunların silahlanmasına daxil olan “Mistral ALBİ” ZRK-ləri və yenə Fransa istehsalı olan GM-403 radiolokasiya stansiyası (istehsalçı “ThalesRaytheon” şirkəti) nümayiş etdirilib.

“Mistral ALBİ” zenit-raket kompleksi “Mistral” ZRK-lərin nəqliyyat vasitəsi bazasına qurulmuş modifikasiyasıdır. Bir kompleksdə iki zenit raketi yer alır.

“Mistral” raketinin çəkisi 19.7 kq, uzunluğu 1.86 m, diametri 90 mm, atış uzaqlığı 500 metrdən 6500 metrədəkdir. Raket 930 m/saniyə sürətlə uçur.