30/05/2018 12:37

Gürcüstan ilk GM-403 radarını nümayiş etdirib

Gürcüstan Fransanın “ThalesRaytheon Systems” şirkətindən aldığı ilk Ground Master GM-403 radiolokasiya stansiyasını nümayiş etdirib.

“AzeriDefence”nin Gürcüstan saytlarına istinadən verdiyi məlumata görə, yeni radar may ayının 26-da Gürcüstanın dövlət müstəqilliyi günü münasibəti ilə hərbi texnikanın sərgisində nümayiş olunub.

Radar 8×8 təkər formullu “Renault” avtomobilinin bazasında yerləşir.

Radarın satın alınmasına dair müqavilə 2015-ci ilin iyun ayında imzalanıb. Dəyəri 56.2 milyon avro təşkil edən müqavilə çərçivəsində Gürcüstan bir ədəd GM-403 radarı və bir ədəd GM-200 radarı sifariş vermişdi.