18/12/2018 15:55

Gürcüstan İndoneziyaya zirehli ambulans maşınları satacaq

Gürcüstan İndoneziyaya zirehli ambulans maşınlar ixrac edəcək.

“AzeriDefence”nin Gürcüstan hərbi mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoria bildirib.

Nazirin sözlərinə görə, İndoneziya “STC Delta” Mərkəzindən “Didgori AMEV” (MedEvac) maşınları almaq niyyətindədir.

Müdafiə naziri tələb olunan maşınların sayı barədə məlumat verməyib.

Qeyd edək ki, Gürcüstanın “Didgori AMEV” maşınlarının ilk xarici istifadəçisi Səudiyyə Ərəbistanıdır. Bu ölkə Gürcüstandan 100 ədəd “Didgori AMEV” maşını alıb.