25/06/2015 14:47

Gürcüstan Konqoya zirehli maşınlar satdı

Gürcüstan ilk dəfə olaraq, yerli müdafiə sənayesi sahəsində ixracat həyata keçirib.

“AzeriDefence”nin Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, 12 ədəd “Didqori-2” zirehli maşını Konqo Silahlı Qüvvələrinə satılıb.

Maşınlardan 10-nu artıq idxalçı ölkəyə təhvil verilib.

Məlumat da o da qeyd olunub ki, Gürcüstan “Didqori” ilə bağlı təkliflərini Səudiyyə
Ərəbistanına da göndərib.

Xatırladaq ki, “Didqori” zirehli maşınının istehsalına 2011-ci ildən başlanılıb. Maşının layihəsi Tiflis Aviasiya İstehsalat Birliyi ilə “Delta” Elmi-Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb.

Bu zirehli maşın ABŞ-ın “Ford F-Series” pikapının bazasında istehsal olunub.