26/02/2012 14:29

Gürcüstan “Lazkia” PDM-ni təqdim etdi – FOTO

Gürcüstan hərbi sənayesi məhsulu olan“Lazika” adlı piyadaların döyüş maşınının (PDM) fevralın 25-də Vaziani poliqonunda təqdimatı olub. Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.Təqdimatda Gürcüstan prezidenti Mixeil Saakaşvili, müdafiə naziri və digər rəsmi şəxslər qatılıb.

Təqdimatda bildirilib ki, “Lazika”nın zirehi heyəti 14.5 mm-lik zirehdələn güllələrdən qoruyur. PDM-in qülləsi məsafədən idarə olunan 23 mm-lik top və 7, 62 mm-lik pulemyotla silahlandırılıb. Bundan başqa PDM gecə, gündüz və sitənilən hava şəraitində döyüş aparmağa imkan verən termal kameralarla təchiz olunub.

“Lazika” Gürcüstan hərbi sənayesinin “Didgori”dən sonra ikinci hərbi texnikası saylır. “Didgori”dən fərqli olaraq “Lazika”nın çəkisi agır, zirehi qalındır. Bu maşın çoxtəyinatlı döyüş nəqliyyat vasitəsidir.

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi Elmi Texniki Mərkəzinin rəsmilər bildiriblər ki, “Lazika” hazırlanarkən beynəlxalq hərbi sənayenin təcrübəsinə diqqət yetirilib.