27/05/2012 07:35

Gürcüstan milli hərbi sənayenin nümunələrini nümayiş etdirib YENİLƏNİB – FOTO

Gürcüstanın paytaxtı Tiflisdə bu gün keçirilən hərbi paradda bu ölkənin istehsalı olan silah, hərbi texnika və döyüş sursatları nümayiş olunub.Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Paradda Müdafiə Nazirliyinin tabeliyində olan “Delta” Hərbi Elmi-Texniki Mərkəzin müəssisələrində istehsal edilmiş ağır zirehli texnikalar, artilleriya sistemləri və təyyarələr də sərgilənib.

Tədbirdə Gürcüstan hərbi sənayesinin istehsalı olan “Lazika” adlı PDM, “Didgori-1”, “Didgori-2” və “Didgori-3” adlı zirehli personal daşıyıcı, 3 yerli hərbi nəqliyyat vasitələri, pilotsuz uçuş aparatı, “Tam Jet” adlı dörd yerli, “Elit Jet” adlı 7 yerli təyyarə, 60, 82 və 120 mm-lik minaatanlar, tapança, RPG-7 tipli qumbaraatan, birdəfəlik qumbara buraxılış qurğusu, MKUDRO adlı səssis minaatan, RD-7 tipli tank əleyhinə mina, avtomat tüfəng, M4 karabinin səsboğucusu, QP-25 və AG-40 tipli lüləaltı qumbaraatan nümayiş olunur.