28/03/2014 05:32

Gürcüstan müdafiə nazirinin müavini Azərbaycana gəlir

Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvili martın 28-də Azərbaycana işçi səfərə gələcək. Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Gürcüstan müdafiə nazirinin müavini M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.