06/04/2013 07:31

Gürcüstan Türkiyə və Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirmək istəyir

Gürcüstan özünün strateji tərəfdaşı olan Türkiyə və Azərbaycanla hərbi sənaye, hərbi-texniki əməkdaşlığı genişləndirməyə maraq göstərir. “AzeriDefence”nin məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bildirib.

Gürcüstan Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, nazir bu sahədə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Gürcüstanın hərbi potensialının inkişafı üçün ciddi potensial və siyasi iradənin mövcud olduğunu deyən Alasaniya milli hərbi sənaye kompleksinin hazırladığı döyüş maşınlarının hazırda testlərinin davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda ölkədə yaradılmış bir sıra silah və texnikalar da test mərhələsindədir.