12/02/2014 10:41

Gürcüstan yerli istehsal olan dəbilqə və bədən zirehini sınaqdan keçirdi

Gürcüstan Müdafiə Nazirliyi yerli müəssisədə istehsal edilmiş dəbilqə və zirehli gödəkcələrin təqdimatın keçirib. Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi Əməliyyat Qüvvələrinin hərbi bazasında keçirilən təqdimat zamanı hər iki məhsul praktik testdən keçirilib.

“Delta” Mərkəzi tərəfindən NATO standartlarına uyğun istehsal edilmiş zirehli gödəkcələrin xüsusi təyinatlılar, polis və qadın hərbçilər üçün modelləri var.

Gürcüstan istehsalı olan dəbilqənin çəkisi 1200-1500 qram, bədən zirehinin çəkisi isə 3200 qram təşkil edir.