19/03/2013 11:20

Gürcüstanın müdafiə naziri MSN-də olub

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.