11/06/2019 18:03

Gürcüstanın Müdafiə naziri Azərbaycana səfərə gəlib

İyunun 11-də Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.