15/03/2017 21:23

“HALO Trust” işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətinə yeni sponsor tapıb

“HALO Trust” təşkilatı Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində minatəmizləmə üçün 1 milyon dollar ianə toplayıb.

Bu barədə “AzeriDefence” Ermənistanda yayımlanan “Arka” agentliyinə istinadən məlumat verib.

Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün ümumilikdə 8 milyon dollardan çox vəsait tələb olunur.

Azərbaycan tərəfinin “HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir.

Məlumatda bildirilir ki, anonim sponsor “HALO Trust”a Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan vəsaitin 4 milyon dollarını ödəməyə hazır olduğunu ifadə edib.