30/01/2017 12:13

Haramı düzündə top mərmisi tapılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Beyləqan rayonu – Haramı düzü adlanan ərazidə əkin sahəsində 1 ədəd PHS (125 mm-lik tank mərmisi – OF-26) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 200 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən yanvar ayı ərzində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib.

Nəticə etibarilə 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 450 kv.m ərazi yoxlanılıb.