08/06/2019 13:25

HDQ-nin Göyərtə qrupunun NATO standartlarına uyğun qiymətləndirilməsi keçirilib – VİDEO

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə  icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.