25/02/2012 11:15

“HeliRussia 2012” beynəlxalq helikopter sənayesi sərgisi

17 – 19 may 2012-ci il, Moskva “Ekspo Krokus” Sərgi Mərkəzi

Rusiyada və MDB regionunda yeganə ixtisaslaşmış sərgi olan “HeliRussia” da yerli və xarici şirkətlər helikopter sənayesinə aid müxtəlif məhsulları nümayiş etdirirlər. Sərgi Rusiya Federasiyası Hökumətinin sərəncamına uyğun olaraq keçirilir və hərbi təyinatlı məhsulu göstərməyə icazə verilir.

Sərgi təşkilat komitəsinin məlumatına görə, Rusiyada və dünyada helikopterlərə tələbat böyükdür. Hazırda Rusiya istehsalı olan helikopterlər dünyanın 70 ölkəsində istifadə edilir.

2010-cu ildə keçirilmiş “HeliRussia” da 14 ölkədən 156 şirkət iştirak edib.

May ayında keçiriləcək sərgidə Rusiya və digər ölkələrdən ümumilikdə 360 firmanın iştirakı planlaşdırılır. Onların arasında helikopter texnikasının, pilotsuz uçuş aparatlarının istehsalçıları, helikopter texnikası üçün komplektləşdiricilərin istehsalçıları, nəqliyyat şirkətləri, helikopterlərin və onların hissələrinin satışını həyata keçirən təşkilatlar, simulyator istehsalçıları və dilerləri, texniki xidmət mərkəzləri, yerüstü təminatı həyata keçirən təşkilatlar radiolokasiya kontrolu, helikopter meydançalarının quruluşuyla məşğul olan şirkətlər və s. iştirak edəcək.

Sərgi iştirakçıları arasında sahəsində dünyanın aparıcı şirkətlərindən olan AgustaWestland, Curtiss Wright Controls, Sagem Defence Securite, Sikorsky Aircraft Corporation, US Simplex Aerospace, Turbomeca Safran Group, Motor Siç, Rosvertol, Kazan Helikopter Zavodu, Klimov, Oboronprom, Rostexnoloqi, Tranzas, Eurocopter və s. firmalar yer alacaq.

Sərginin saytı: www.helirussia.ru