01/08/2018 17:46

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimində iştirak ediblər – VİDEO

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, iyulun 28-də Moskva şəhərində yerləşən Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.