22/02/2016 16:30

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 22-dən 26-dək Türkiyənin paytaxtı Ankarada beynəlxalq mikrocərrahiyyə və fevralın 22-dən martın 18-dək Çexiyanın Vişkov şəhərində kiçik komandirlər üçün liderlik kursları keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.