22/07/2019 13:15

Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarına hazırlığı davam edir

Avqustun 3-dən 17-dək “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçiriləcək müxtəlif müsabiqələrdə iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçularının hazırlığı davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Tank biatlonu” və “Snayper həddi” müsabiqələrinə qatılan tank heyətləri və snayperlərin təlim poliqonunda hazırlıq məşqləri keçirilib.