29/04/2016 19:27

Hərbi Akademiya ilə ADA Universiteti arasında saziş imzalanıb

 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sazişi Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev və universitetin rektoru Hafiz Paşayev imzalayıblar.

Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.