31/10/2018 12:00

Hərbi Akademiyada elmi-praktik seminar keçirilib

Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Müdafiə Nazirliyi arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrinin Hərbi Akademiyasında “Hərbi təhlükəsizlik siyasəti” mövzusu üzrə elmi-praktik seminar keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə almaniyalı ekspertlər tərəfindən, Hərbi Akademiyanın dinləyiciləri, eləcə də hərbi strategiya sahəsində çalışan professor-müəllim heyətinə mühazirələr təqdim olunub.