19/05/2017 10:16

Hərbi Akademiyada “Hərb oyunun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib

Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyunun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən Hərb oyununda Amerika Birləşmiş Ştatlarının Müştərək Qüvvələr Qərargahı Kollecinin professorları Çarlz Davis, Patrik Hannum və Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim və dinləyici heyəti iştirak edib.

İşçi görüşündə qonaqlara Hərbi Akademiyada tədris prosesinin, elmi işin təşkili və elmi kadrların hazırlanması, burada keçirilən Hərb oyunu haqqında brifinqlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.