06/07/2018 14:38

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.