21/02/2019 13:31

Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və İlham Əliyevin prezidentliyi dövründə inkişafı davam etdirilən Azərbaycan Ordusunun gücünün və potensialının mühüm göstəricilərindən biri olan zabit kadrlarının müasir tələblərə cavab verən peşə hazırlığından danışıb və son illər bu sahədə əldə edilən uğurları vurğulayıb.

Sonra tədbirdə çıxış edənlər ordu quruculuğu sahəsində atılan uğurlu addımlardan danışaraq ölkənin ərazi bütövlüyü və torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə akademiya məzunlarının göstərdikləri qəhrəmanlıq və igidlik nümunələrini qeyd ediblər.

Sonda bir qrup hərbi qulluqçu və mülki şəxs qiymətli hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.