13/06/2018 10:53

Hərbi aviasiyanın Bakı səmasında uçuşları başlayıb

MiQ-29 döyüş təyyarələri. Foto: AD

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçiriləcək hərbi parada hazırlıqla əlaqədar bu gündən Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakı şəhərinin səmasında uçuşları başlayıb.

“AzeriDefence”nin məlumatına görə, səhər saatlarında təyyarə və helikopterlər paradın keçiriləcəyi “Azadlıq” meydanının üzərindən dövrə vurmaqla uçuş ediblər.

Uçuşlarda 20-dən çox döyüş MiQ-29, Su-25 döyüş və L-39 təlim təyyarəsi, 40-dan çox helikopter (Mi-24, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat) iştirak edib.